Strasburqda ”Azərbaycan qadını – 100 il” Forumu baş tutmuşdur
AZpress.AZ xəbər verir ki, 19-20 dekabr 2018-ci il tarixlərində
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər
Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə Fransa Respublikasının Strasburq
şəhərində ”Azərbaycan qadını – 100 il” Forumu baş tutmuşdur.
Forumda İtaliya, Polşa, Almaniya
və Fransada təhsil alan və yaşayan Azərbaycanlılar eyni zamanda, Fransa,
Ukrayna, Rusiya, Türkiyə, Qırğızıstan dövlətlərindən olan nümayəndələr iştirak
etmişdir.
Forumun açılış mərasimində ”Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı
direktorunun müavini Murad Ağabəyli çıxış edərək forumun məqsədindən və qarşıya
qoyulan hədəflərdən bəhs etmişdir.
Daha sonra Avropa Gənclər
Mərkəzinin icraçı direktoru Tina Mulcahy çıxış edərək 100 il öncə əksər Avropa
ölkələrindən daha əvvəl Azərbaycanda qadına seçki hüququnun verilməsinin
önəmini qeyd etmişdir.
Forumun ilk günü baş tutan
panellərdə çıxışçılar Azərbaycan qadınının 100 il ərzində keçdiyi həyat
yolundan bəhs edən məruzələr ilə çıxış etmişlər.
Forumun 2-ci günü iştirakçıların
bir qrupu Avropa Şurasına səfər etmişdir. Daha sonra baş tutan paneldə
“Azərbaycan – Fransız Universiteti” nin direktoru Vazeh Əsgərov video zəng
vasitəsilə Foruma qoşularaq Diaspora fəaliyyəti haqqında geniş çıxış etmiş,
iştirakçıların suallarını cavablandırmışdır.
Eyni zamanda xüsusi olaraq bu forum üçün hazırlanmış film nümayiş olunmuşdur.
Qeyd edək ki, Forumun işçi dili Azərbaycan və Fransız dilləri olmuşdur.
Source: https://bit.ly/3aRO3pI