Press about us

Yüksək bal toplamış abituriyentlər üçün təlim düşərgəsi təşkil olunub

Bakı. Trend:

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 13-17 avqustda Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “İndi Başla – Tələbənin Yayı” adlı layihəsi keçirilib.

Layihədə bu il məzun olmuş, qəbul imtahanlarında yüksək bal toplamış 50 abituriyent iştirak edib.

Layihə müddətində iştirakçılar komandalara bölünüb, müxtəlif təlimlərdə, seminarlarda, idman yarışlarında iştirak edib. Layihə çərçivəsində eyni zamanda Daşkəsən rayonu üzrə bu il 9-cu sinfi əla qiymətlərlə bitirmiş gənclərlə görüş keçirilib. Həyata keçirilən təlimlər, könüllülük, vaxtın idarə olunması, komanda işi, ictimai fəaliyyət, xaricdə təhsil, əmək bazarı və s. mövzuları əhatə edib.

Qeyd edək ki, layihənin davamlı olaraq eyni formatda həyata keçirilməsi nəzərdə tutulur.


Source: http://bit.do/ez8uS