"İnkişafda Sən-2“ layihəsinə start verilir
09 February 2019 - 30 March 2019
“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Xəzər
Gənclər Evinin birgə təşkilatçılığı
ilə "İnkişafda Sən-2“ layihəsinə start verilir.
Layihə çərçivəsində 30 iştirakçı seçiləcək,
seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiləcək. Təlimlər aşağıdakı
mövzuları əhatə edəcək.
- Düzgün CV hazırlamaq;
- İşə qəbul müsahibələrində düzgün ünsiyyət;
- Nitq mədəniyyəti;
- Bədən dili;
- Kollektivlə iş (Komanda işi);
- Liderlik;
- Şəbəkələşmə və onun əhəmiyyəti;
- QHT-lərdə işin şəxsi inkişafda rolu.
Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Xəzər Gənclər Evində
keçiriləcək. Bütün təlimlərdə iştirak etmək vacibdir.
Seçim online müraciət və müsahibə əsasında aparılacaq.
Layihənin keçiriləcəyi tarixlər: 09.02.2019 - 30.03.2019
Əlaqə: (+994)558852230
E-mail: [email protected]
Qeydiyyat Linki : https://bit.ly/2B4cqjQ
Müraciət üçün son tarix: 02.02.2019
View count: 4914