Our Activities

“QHT-lər üçün Erasmus+ proqramı çərçivəsində layihə idarəetməsi üzrə potensial quruculuğu”

23 - 25 February 2018

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və "Gələcəyə Körpü Gənclər İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə beynəlxalq layihələrdə iştirak etmək istəyən gənc QHT fəalları üçün təlimlər elan edir.

Layihənin adı: “QHT-lər üçün Erasmus+ proqramı çərçivəsində layihə idarəetməsi üzrə potensial quruculuğu”.

Layihənin əsas məqsədi Azərbaycanda gənclər təşkilatları nümayəndələri üçün beynəlxalq əməkdaşlıq, mobillik və qeyri-formal təhsil sahəsində beynəlxalq layihələrin idarəetməsi sahəsində bacarıq və kompetensiyaları inkişaf etdirməkdir. Müvafiq təlimlər proqramı Erasmus+ proqramının qaydalarını və layihə idarəetməsinin mövzusunu əhatə edəcək.

25 nəfər gənclər təşkilatları nümayəndəsi üçün 3 günlük təlim iki beynəlxalq təlimçi tərəfindən 23-25 fevral tarixlərində Bakı şəhərində keçiriləcək.

Bakı və ölkəmizin digər regionlarında fəaliyyət göstərən gənclər təşkilatları iştirak üçün dəvət olunurlar.
İştirakçılar üçün tələblər:

- İngilis dili (beynəlxalq layihələrə müraciət dilinin ingilis dili olmasını və bu səbəbdən təlimin ingilis dilində keçiriləcəyini nəzərə alaraq);
- Beynəlxalq layihə idarəetməsində təcrübə;
- Üç gün ərzində tam olaraq təlimdə iştirak etmək imkanı.

Regionlardan gələn iştirakçıların yol, mehmanxana və yemək xərcləri layihə tərəfindən qarşılanır.
İştirak etmək arzusunda olan gənclərimizdən CV və Motivasiya Məktubunu [email protected] ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 19 fevral

İlkin seçimdən keçən namizədlərlə Skype müsahibə keçiriləcək.