РЕГИСТРАЦИЯ

Новости

09 нояб.

"Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası – Gəncə" layihəsinin iştirakçıları ilə görüş keçirilib

9 noyabr 2018-ci il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun , "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi və İşıqlı Gələcək Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası – Gəncə" layihəsi çərçivəsində Bakı şəhərindən seçilmiş layihə iştirakçıları ilə görüş keçirilib.


Nəzərinizə çatdıraq ki, layihənin əsas məqsədi - vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında gənclərin aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdır.