Медиа

14 Aug

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi, Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir həyata keçirmişdir

Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 12 avqust saat 19:00-23:00 aralığında, Fəvvarələr Meydanında Beynəlxalq Gənclər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbirdə yüzlərlə gənc iştirak edib.

Tədbirin proqramına əsasən saat 19:00 – 20:30 da Röya & Rizvan, 20:30-22:00 da Dezz”N , 22:00-23:00 aralığında isə DJ Javo səhnədə yer alıblar.