Медиа

19 Aug

"İndi Başla - Tələbənin Yayı" layihəsinin 2-ci günü baş tutub

"İndi Başla - Tələbənin Yayı" layihəsinin ikinci günündə gənclər komandalara bölünmüş, müxtəlif komanda işlərində iştirak etmişdilər. Təlimlər və seminarlar təlimçimiz Fəxri Məmmədlinin iştirakı ilə baş tutmuşdur.

Layihənin bu günündə iştirakçıların hansı Universitetlərə qəbul olduğu məlum olmuşdur. Günün son təlimi, ucqar dağ kəndində çalışan müəllim, Həbib Əlizadənin iştirakı ilə baş tutmuşdur. Burada həmçinin Daşkəsən rayonunda təhsil alan, 9-cu sinifi əla qiymətlərlə başa vuran məktəblilər iştirak etmişdir.

Layihədə iştirak edən 50 gənc 2018-ci ildə məzun olmuş, qəbul imtahanlarında 600-dən çox bal toplamışdır. İştirakçıların ortalama balı 644-dür.

Layihə 13-17 avqust tarixlərində Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində həyata keçirilmişdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı baş tutmuşdur.