РЕГИСТРАЦИЯ

Новости

03 нояб.

"İnkişafda Sən" layihəsinin üçüncü həftəsi keçirilib

3 noyabr 2018-ci il tarixində  “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evinin start verdiyi "İnkişafda Sən" layihəsinin üçüncü həftəsi keçirilib.

Üçüncü həftədə təlimçimiz Fəxri Məmmədlinin ”Şəbəkələşmə və ünsiyyət" mövzusu üzrə təlimi baş tutub. Eyni zamanda, təlim boyunca iştirakçıların sualları təlimçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, layihə üçün 230 nəfər qeydiyyatdan keçib, 178 nəfər isə müsahibədə iştirak edib. 30 iştirakçı seçilərək, layihədə iştirak hüququ qazanıb. Seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiriləcək.

Layihə 8 təlimdən ibarət olacaq və Sabunçu Gənclər Evində keçiriləcək.