Медиа

26 Jan

"Öz Gedişini Et" şahmat turnirinin ilk turu baş tutub


26 yanvar 2019-cu tarixində Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Öz Gedişini Et" şahmat turnirinin ilk turu baş tutub. 

 

İsveçrə sistemi ilə oynanılan turnirin yanvar ayı üçün qalibi 7 oyundan 6.5 xal toplamış Fəqan Hüseynov olub.

 

Qeyd edək ki, ilin sonunda bütün ayların qalibləri üçün final turu təşkil ediləcək. Növbəti turnir ənənəyə uyğun olaraq fevral ayının son şənbə günü həyata keçiriləcək.