Медиа

20 Aug

“Xəzərin Sahilində” festivalının qonağı Meridian qrupu olmuşdur

18 avqust 2018-ci il tarixində keçirilən " Xəzərin Sahilində-2018" festivalı bu dəfə də özünəməxsus şəkildə xoş xatirələrlə yadda qalıb!

Keçən həftə hava şəraiti ilə əlaqədar olaraq festival olmadı. Amma buna baxmayaraq bu həftədə də festivalda gələn iştirakçılar və qonaqlar ilə unudulmaz atmosfer yaşayıb. İştirakçılar, Meridian qrupunu dinləyərək musiqi ruhlarını qidalandıraraq, DJ ilə birlikdə festivalın dinamikasını yüksəldiblər.

Festival müddətində gənclər sevdikləri mahnıları ifa edib, dostları ilə birgə rəqs edərək festivaldan zövq alıblar. 

Festival saat 20:00 -23:00 aralığında davam edib.

İlk gələn 200 nəfərə "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən yoqa matlar təqdim edilib ki, iştirakçılar piknik edərək daha rahat istirahət etsinlər. 

Festivaldan olan şəkillər ilə həmin anları yenidən yada salaq. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda "Xəzərin Sahilində - 2018" festivalına start verilib.

Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-22:00 aralığında, Ağ Şəhər Bulvarında festivala qoşulub isti yayın sərinliyini hiss edəcəksiniz.

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

Qeyd: Festivala giriş ödənişsizdir.