Медиа

10 Sep

“Xəzərin Sahilində“ festivalının sonuncu qonağı Röya & Rizvan qrupu olmuşdur

8 sentyabr 2018-ci il tarixində payızın ilk həftəsində "Xəzərin Sahilində" festivalının sonuncu həftəsi olub. Bu həftə də özünəməxsus şəkildə xoş xatirələrlə yadda qaldı. Ümid edirik, hər birimiz festivalda istədiyimiz kimi əylənib, dostlarımızla birgə xoş anılar geridə qoyduq. 14 İyuldan hər həftə festivallarımıza gəlib, bizimlə birgə olan hər kəsə öz təşəkkürümüzü bildiririk. 

Festival saat 20:00 -0:00 aralığında davam edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda "Xəzərin Sahilində - 2018" festivalına start verilib.

Festival ərazisində siz iştirakçılar üçün piknik şəraiti yaradılıb ki, dostlar ilə birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

Qeyd: Bütün festivallara girş sərbəst olub.