Мы в прессе

“Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub

Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarında “Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub.

Fonddan verilən məlumata görə, axşam saat 20:00-dən 23:00-dək davam edən festivalın musiqili hissəsində “Ahmedowsky trio” qrupu öz şən və maraqlı ifası ilə iştirakçıların daha da əyləncli bir axşam keçirməsinə səbəb olub.

Qeyd edək ki, 14 iyul – 1 sentyabr tarixləri arasında hər həftənin şənbə günü, saat 20:00-dən 23:00-dək Ağ Şəhər Bulvarında festivala qoşulub isti yay günlərində iş həftəsinin yorğunluğunu ata bilərsiniz.


Источник: http://palitranews.az/news.php?id=89363