РЕГИСТРАЦИЯ

Проекты

"'Cavan Akademiya" layihəsi

02 февраля 2019 - 07 апреля 2019

Əziz gənclər, Cavan sizin üçün yeni akademiya yaradır! Siz bu layihəyə qoşularaq ən brend akademiyanın məzunu olmaq imkanı qazanacaqsınız!

Layihədən qeydiyyatdan keçən gənclərə müxtəlif istiqamətli təlimlər, seminarlar həyata keçiriləcək. Eyni zamanda iştirakçılar müxtəlif diplomatlar, ictimai xadimlər və ekspertlərlə görüşmək imkanı qazanacaq, onların təcrübələrini dinləyəcəklər.

Akademiyadan məzun olmaq üçün müxtəlif imtahanlar həyata keçiriləcək, imtahanlardan uğurla keçən gənclər məzun olmaq imkanı qazanacaqlar. Məzunlar Cavanın dəstəyi ilə müxtəlif müəssisələrdə təcrübə və iş imkanı qazanacaqlar.

Akademiya çərçivəsində, diplomatik protokol, layihə idarə edilməsi, biznes planlarının hazırlanması, əmək bazarında aktiv iştirak, təmsilçilik və s. istiqamətlərdə çoxşaxəli fəaliyyətlər həyata keçiriləcəkdir.

Layihəyə müraciət linki:  https://goo.gl/Lf2V5y

Layihədə iştirak ödənişsizdir!

Son qeydiyyat tarixi: 15 noyabr 2018.

Əlaqələndirici şəxs: Günay Məhərrəmli

Vəzifə: Media, PR və HR departamentinin meneceri

Əlaqə nömrəsi: +994 50 421 04 15

E-mail: gunay.maharramli@cavan.az

Ünvan: BEGOC Office, Zarifa Aliyeva 93.