Наша Деятельность

"Xəzərin Sahilində - 2018" festivalı-Starlight qrupu

14 July 2018

Festivalın ilk günü 14 iyul saat 20:00 da başlayacaq! Qonağımız hamının yaxşı tanıdığı Starlight qrupudur.

İlk gələn 100 nəfərə Cavan tərəfindən yoqa matlar veriləcək ki, piknikinizi daha rahat edəsiniz. 

Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda "Xəzərin Sahilində - 2018" festivalına start verilir.

Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-22:00 aralığında, Ağ Şəhər Bulvarında festivala qoşulub isti yayın sərinliyini hiss edəcəksiniz.

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

Qeyd: Festivala giriş ödənişsizdir.