24.04.2026
Emalatxana
CAVAN olaraq, gənclərə unudulmaz bir təcrübə yaşatmaq üçün “Ay izi: Tekstura sənəti” üzrə vörkşop təşkil etdik. Tədbir sənətsevərləri bir araya gətirərək, onların daxili dünyasını fərqli tekstura və relyef qatları vasitəsilə ifadə etməsinə şərait yaratdı. Yeni dostlar qazanmaq imkanı əldə edən gənclər ilhamla dolu bir gün keçirdilər. Beləliklə, öz yaradıcılıqlarını ortaya qoyan gənclər unudulmaz anlar yaşayıblar.