Media

27 Sep

“Manage Your Project 3” layihəsinin son təlim günü baş tutmuşdur

26 sentyabr 2018 – ci il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Manage Your Project 3” layihəsinin son görüşü baş tutmuşdur.

Qeyd edək ki, 2 gün davam etmiş layihəyədə 25 gənc müsahibədən uğurla keçərək layihədə iştirak şansı əldə etmişdir.

Seçilmiş gənclərə bu müddət ərzində layihə yazılması, idarə edilməsi, büdcə hazırlanması və s. mövzularda təlimlər keçirilmişdir. Gənclər komandaya bölünərək layihələr hazırlamış, təqdim etmişlər. Layihənin son günündə təqdimatlar dinlənmiş, iştirakçılara sertifikatlar təqdim edilmişdir.