Media

14 Jul

YAY FEST-in 2-ci günü uğurla başa çatıb


Azərbaycanın ilk və ən böyük yay festivalı olan YAY FEST-in 2-ci günü uğurla başa çatıb.

 

İştirakçılar festivalın 2-ci gününə himni səsləndirməklə başlayıb. Daha sonra səhər idmanı edib, əyləncəli oyunlara qoşulub və müxtəlif formatda panellərdə iştirak ediblər.


Gün ərzində iştirakçıların Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, "ASAN Xidmət"in sədr müavini Ceyhun Salmanov, KOB-un İdarə Heyətinin sədr müavini Faiq Abbasov, xalq artisti və dövlət mükafatı laureatçısı Vaqif Mustafayev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Kənd Təsərrüfatı Nazirliyinin "AMAL" layihəsinin rəhbəri Elvin Nəbiyev ilə görüşü baş tutmuşdur.


Festivalın 2-ci günü konsert proqramı ilə başa çatmışdır.


Qeyd edək ki, “YayFest – gənclər düşərgəsi” Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ  Turizm Mərkəzinin ərazisində həyata keçirilir.