Media

16 Jul

YAY FEST-in 3-cü günü uğurla başa çatıb


16 iyul tarixində ən böyük gənclər festivalının 3-cü gününə iştirakçılarımız Azərbaycan dövlət himni ilə start verərək, səhər idmanı ediblər.

 

Daha sonra ilk paneldə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Təhlil və strateji araşdırmalar idarəsinin rəisi Hüseyn Hüseynov ilə görüş keçirilib.

 

Qeyd edək ki, “YayFest – gənclər düşərgəsi” Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ  Turizm Mərkəzinin ərazisində həyata keçirilir.