Media

22 Jul

YAY FEST-in İV günü uğurla başa çatıb


 Azərbaycanın ilk və ən böyük yay festivalı olan YAY FEST-in İV günü uğurla başa çatıb.

 

İştirakçılar festivalın 4-cü günündə də himni səsləndirməklə başlayıb. Daha sonra səhər idmanı edib, əyləncəli oyunlara qoşulub, müxtəlif formatda panellərdə iştirak ediblər və bütün bunlarla yanaşı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin iştirakçılarımız üçün nümayiş etdirdiyi hərbi proqramla yadda qalıb. Hərbi proqram çərçivəsində gənclərimiz müasir silah, avadanlq və texnikalardan ibarət sərgi ilə tanış olub, əsgər və zabit heyətinin nümunəvi çıxışlarını izləyiblər. Bununla da, onlar Azərbaycan Ordusunun qadir olduğu gücün bir daha şahidi olublar.

 

Günün sonunda Nadeer-in ifasında konsert proqramı ilə yadda qalıb.


Qeyd edək ki, “YayFest – gənclər düşərgəsi” Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ  Turizm Mərkəzinin ərazisində həyata keçirilib.