Media

14 Jul

“YayFest – gənclər düşərgəsinə” start verilib


14 iyul tarixində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ  Turizm Mərkəzinin ərazisində “YayFest – gənclər düşərgəsinə” start verilib.

 

Düşərgənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında vətənpərvərliyin, təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarətdir.

 

5 gün davam edəcək “YayFest”də Bakıdan və regionlardan müsabiqə əsasında seçilmiş 500-dən çox gənc iştirak edir.

 

Düşərgənin ilk günündə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə gənclərin təşəbbüsü ilə kütləvi fləşmob keçiriləcək, Ulu Öndərin Qusar rayonunda ucaldılmış abidəsi ziyarət olunmuşdur.

 

Düşərgənin gedişatında “Azərbaycançılıq”, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirə və görüşlərdə müzakirələr aparılacaq. Həmçinin, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgə keçirildiyi regionda yerləşən tarixi-mədəni və təbiət ərazilərinə səfərlər kimi fəaliyyətlərə cəlb olunacaq. Hər günün sonunda