Media

04 Nov

“İnkişafda Sən” layihəsinin III həftəsi keçirilib

3 noyabr “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evinin start verdiyi "İnkişafda Sən" layihəsinin 3-cü həftəsi keçirilib.


Üçüncü həftədə təlimçimiz Fəxri Məmmədlinin ”Şəbəkələşmə və ünsiyyət" mövzusu üzrə təlimi baş tutub. Eyni zamanda, təlim boyunca iştirakçıların sualları təlimçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, layihə üçün 230 nəfər qeydiyyatdan keçib, 178 nəfər isə müsahibədə iştirak edib. 30 iştirakçı seçilərək, layihədə iştirak hüququ qazanıb. Seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiriləcək.


Layihə 8 təlimdən ibarət olacaq və Sabunçu Gənclər Evində keçiriləcək.