Könüllülərlə görüş keçirildi
“Cavan” Gənclər Hərəkatı
İctimai Birliyinin təşkilatçılığı ilə könüllülərlə görüş keçirilib.
“Yeni Sabah” xəbər verir ki,
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi
inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin
potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli
istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər
ili” elan edilməsi ilə əlaqədar olaraq “Cavan” Gənclər Hərəkatı İctimai
Birliyinin təşkilatçılığı ilə 15 yanvar 2020-ci il tarixində Binəqədi Gənclər
Evində təşkilatın aktiv könüllüləri ilə görüş keçirilib.
Görüşdə təşkilat tərəfindən cari
ildə keçiriləcək layihələrlə bağlı geniş təqdimat edilib.
Könüllülərin təşkilatın həyata
keçirəcəyi layihələrdə daha aktiv iştirakının təmin olunması istiqamətində
müzakirələr aparılıb, təkliflər dinlənilib.
“Cavan” könüllüləri cənab
Prezidentin sözügedən sərəncamı ilə onlara yaradılan imkanları layiqincə
dəyərləndirməyə çalışacaqlarını qeyd ediblər.
Qeyd edək ki, “Cavan” Gənclər
Hərəkatı İctimai Birliyi tərəfindən “Könüllülər ili” ilə bağlı silsilə
layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Baş tutacaq layihələrdə
könüllülərin şəxsi inkişafına, gənclərin könüllü işinə təşviqinə, onlara
vətənpərvərlik ideyalarının aşılanmasına, asudə vaxtlarının səmərəli təşkilinə
önəm veriləcək.
Mənbə: https://bit.ly/319hvmO