Layihələr

"Bir Karikatura" müsabiqəsinə start verildi

15 May 2020 - 05 İyun 2020


"Bir Karikatura" müsabiqəsinin qalibinə "WACOM ONE" planşeti hədiyyə olunacaq. 

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi "Bir Karikatura" müsabiqəsinə start verir. Müsabiqəyə qoşulmaq üçün texnologiyadan asılılıq, sosial məsuliyyət, koronavirus, təbiətin mühafizəsi və erkən nigah mövzularından biri və ya bir neçəsi üzrə karikaturalar hazırlayıb müraciət edə bilərsiniz.

Müsabiqənin ilk mərhələsində Təşkilat Komitəsi ən yaxşı 10 karikaturanı seçərək CAVANın sosial şəbəkə hesablarında paylaşacaq. İzləyicilər tərəfindən ən çox bəyənilən 5 karikatura final mərhələsinə keçəcək. Final mərhələsində ekspertlərin yer aldığı təşkilat komitəsi ən yaxşı karikaturanı seçəcək və qalib elan edəcək. 

Hazırladığınız karikaturaları [email protected] email ünvanına göndərə bilərsiniz.

Müraciət üçün son tarix: 5 iyun 2020-ci il.

Qeyd: Hazırladığınız karikaturaların keyfiyyətli olmasına diqqət yetirməyiniz xahiş olunur.