Layihələr

"BiznesMən“ layihəsinin ikinci təlimi baş tutacaq

30 Mart 2019


“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan "BiznesMən“ layihəsinin ikinci təlimi 30 mart tarixində saat 10:30-da baş tutacaq.

 

Gənclərdən gələn təklifləri nəzərə alaraq sizə təlimlərdə sərbəst dinləyici olmaq şansı yaradırıq. Belə ki, aşağıda göstərilən linkdən qeydiyyatdan keçərək, sərbəst dinləyici kimi təlimdə iştirak edə bilərsiniz.

 

Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək.

 

Qeydiyyat üçün link: https://forms.gle/gw3cxrkXrUuTwLS38