Fəaliyyətimiz

Cavan “Music Battle” layihəsinə start verir

24 November 2019


Artıq həftəsonlarını planlamaqda çətinlik çəkməyəcəksiniz! Hamımız birlikdə əylənəcəyik!

Cavan “Music Battle” layihəsinə start verir.

Bu dəfə Azərbaycanda heç zaman olmayan, tam fərqli bir layihə ilə qarşınızdayıq.

Layihənin formatına əsasən iştirakçılar üç hissədən ibarət olan tar və gitara ifaçılarının yarışmasını izləyəcəklər. İlk hissə ifaçılar tərəfindən öncədən hazırlanan musiqilərin ifası, ikinci hissə musiqi parçalarının qarşılıqlı ötürülməsi ilə davam edəcək. Üçüncü mərhələdə musiqiçilər onlara öncədən bəlli olmayan musiqi nömrələrini səsləndirəcəklər. Yarışma başa çatdıqdan sonra iştirakçılar üçün xüsusi party təşkil ediləcək.

Qeyd edək ki, layihə çərçivəsində ilk həftə olduğu kimi növbəti həftələrdə də, gənclərin iştirakı ilə musiqi yarışları təşkil ediləcək.

Layihənin ilk həftəsi 24 noyabr tarixində
saat 19:00-da baş tutacaq.

Layihədə iştirak üçün heç bir ödəniş tələb olunmur.