Fəaliyyətimiz

Könüllülərlə görüş keçirəcək

01 - 15 January 2020


15 yanvar 2020-ci il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi təşkilatın 2020-ci il fəaliyyət planının müzakirəsi məqsədilə Könüllülərlə görüş keçirəcək.

Bununla yanaşı görüşün əsas məqsədi “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi -nə üzv olan və üzv olmayan gənclər arasında şəbəkənin genişləndirilməsi, gənclər arasında qarşılıqlı əməkdaşlığın və layihələrə düzgün müraciət bacarıqlarının inkişaf etdirilməsidir.

Cavan 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar bu il keçiriləcək layihələrin icrasında daha çox könüllülərin rolunun olmasını gözləyir.

Görüş zamanı eyni zamanda sizin təklifləriniz dinləniləcək və ünvanlandığınız bütün suallar komandamız tərəfindən cavablandırılacaq.

Ünvan: Binəqədi Gənclər Evi (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 13/37)

İştirak üçün qeydiyyat linki: https://bit.ly/2FN2jC3