06.05.2026
Azerkosmos
CAVAN olaraq yenidən “Explore and Connect” layihəsi çərçivəsində Azerkosmos-ai İnfo Tur 2 təşkil etdik. Azerkosmosun ictimaiyyətlə əlaqələr, kommunikasiya və media üzrə baş mütəxəssisi Səbinə Hacıyeva iştirakçıları məmnunluqla qarşılayaraq Azerkosmos binasının memarı Nəriman İmaməliyev və hazırda 230 nəfərlik peşəkar heyətlə fəaliyyət göstərən komanda haqqında vurğuladı.

İnfo Tur zamanı gənclər ərazi ilə yaxından tanış oldular. Daha sonra Peyk Əməliyyatlarına Dəstək mühəndisi Nurlan Abdullayev Azərbaycanın kosmik sənayesi, peyki və innovativ həllər barədə ətraflı məlumat verərək gənclərlə səmimi müzakirə apardı.


Ölkənin ilk milli kosmik agentliyi olan Azerkosmosda gənclər ofis turu edərək kosmik texnologiyalar sahəsində ‘’Azerspace 1’’ və ‘’ Azerspace 2’’ peykləri, onun idarə edilməsi, məqsədləri və funksiyaları haqqında yeni bilikləri mənimsəyiblər. Sonda elm, texnologiya və innovasiya sahələrinə marağı artan və yeni təcrübələr qazanan gənclər innovativ mühitlə tanışlığı xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
