13.05.2026
Bakı Bulvarı
Şəhərin ritmi bu dəfə Bakı Bulvarında CAVANların addım səsləri ilə dəyişdi. Günəş batımında təşkil olunan qaçışda gənclər pozitiv enerji ilə bir araya gəldilər. Təmiz havada və dinamik atmosferdə Bulvarın axşam mənzərəsində qaçmaq tədbirə xüsusi ab-hava qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.

Tədbirin əsas məqsədi gənclər arasında aktiv həyat tərzinin təşviqi, fiziki aktivliyə marağın artırılması və sağlam vərdişlərin formalaşdırılmasına dəstək olmaq idi. Qaçış boyunca iştirakçılar yalnız məsafə qət etməklə kifayətlənməyib, səmimi söhbət ediblər.

Gün batımında atılan hər addım gənclərin maraqlı vaxt keçirməsinə səbəb olub. Fəvvarələr meydanında başa çatan qaçış xatirə fotosunda ürəkdən gələn gülüşlərlərlə yekunlaşıb.
