08.04.2026
İdea Heyvanlara Qayğı Mərkəzi
Bir canlının həyatına toxunmaq, əslində dünyanı dəyişmək deməkdir. Heyvanları sevək, qoruyaq, onlara sonsuz sevgi bəxş edək və daha çox qayğı göstərək.

Yaxınlaşan 11 Aprel – Beynəlxalq Ev Heyvanları Günü ərəfəsində sadiq dostlarımızın bizə olan ehtiyacını bir daha xatırlayırıq. Bu dəfə CAVAN gənclərinin yolu ‘’IDEA Heyvanlara Qayğı Mərkəzi’’-dən keçdi. Bu səfər mərhəmətin və sevginin canlı şəkildə vəhdətdə olduğu görüş idi.

Baş tutan ekskursiya gənclər üçün xüsusi bir təcrübə olmaqla yanaşı, onlara xoş duyğular yaşatdı. Gənclər sadiq dostlarımızla yaxından tanış oldu və qayğılarını birgə bölüşdülər. Daha qayğıkeş bir cəmiyyət qurmaq isə məhz insani bir dünyanın təməlini qoyur. Bir canlının həyatına sevgi dolu toxunuş və mərhəmət onun bütün dünyasını işıqlandıran günəşə çevrilir.