“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşəbbüsü ilə 20 yanvar faciəsi haqqında videoçarxlar hazırlanıb. “Cavan” könüllülərinin hazırladığı bu videoçarxların 9 xarici dildə səsləndirilməsini “Şəms” Tərcümə Mərkəzinin əməkdaşları həyata keçiriblər.

1990-cı ilin 20 yanvar tarixində baş verən hadisələr haqqında qısa məlumat xarakteri daşıyan çarxlar ingilis, rus, erməni, fars, çin, alman, fransız, ispan və ərəb dillərində hazırlanıb. Bu çarxlarda Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktı da qeyd olunub.

Hazırlanan materiallar, dilindən asılı olaraq müvafiq ölkələrin sosial şəbəkələrində geniş yayımlanmaqla, 20 yanvar hadisəsi haqqında daha çox insanın məlumatlandırılmasını təmin edəcək.