Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları arasında keçirilən peyntbol turnirinin yarımfinal və final görüşləri keçirildi. Fevralın 1-də baş tutan qarşılaşmaların nəticəsində qaliblərin sıralaması məlum oldu.

Gərgin keçən turnirdə ilk pillənin sahibi “ASAN Könüllüləri” oldu. “İrəli” İctimai Birliyi 2-ci,  “Sağlam Düşüncə” Gənclər Təşkilatı 3-cü,  “Gənclər Təşkilatları Milli Şurası”nın komandası isə 4-cü yeri tutdu. Yarımfinal və final görüşləri yarışların təşkil edildiyi “3 mərtəbə” Peyntbol Klubunun bazasında baş tutdu.

“Cavan” Gənclər Hərəkatı İB və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə keçirilən turnir 2 fevral Gənclər Gününə həsr olunub.