Azərbaycanda fəaliyyət göstərən Gənclər təşkilatları arasında keçirilən peyntbol turnirində növbəti görüşlər keçirilib. Yanvarın 30-da baş tutan qarşılaşmalar nəticəsində “İrəli” İctimai Birliyinin, “ASAN xidmət”in, Gənclər Təşkilatları Milli Şurasının və “Sağlam Düşüncə” İctimai Birliyinin komandaları yarımfinala yüksəliblər.

 UNEC Tələbə Həmkarlar İttifaqının, Gənc Hüquqşünaslar Birliyinin komandaları da layiqli mübarizə aparsalar da növbəti mərhələyə yüksələ bilməyiblər. Turnirin yarımfinal və final görüşləri fevralın 1-də, yarışların təşkil edildiyi “3 mərtəbə” Peyntbol Klubunun bazasında baş tutacaq.    

“CAVAN” Gənclər Hərəkatı İB və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə keçirilən turnir 2 fevral, Gənclər gününə həsr olunub.