cavan logo

20.04.2026

Kolektif House

“Cavan Creative Talks”un növbəti qonağı Qurban Məsimovdur

0
Oxundu:7
İştirakçı sayı:10

“CAVAN Creative Talks” layihəsinin növbəti qonağı Azərbaycanın Əməkdar artisti, rejissor və aktyor Qurban Məsimovdur. Görüş zamanı sənətkar yaradıcılıq yolunun mühüm məqamlarından, canlandırdığı obrazların daxili dünyasından və pərdəarxası hadisələrdən bəhs edib. O, sənət yolunda səmimiyyətin, zəhmətin və daxili azadlığın əsas rol oynadığını vurğulayıb. Cavanlar dahi ustadın həyat və sənət təcrübəsindən faydalanaraq, ilham qazanıblar. Azərbaycanın tanınmış siması Qurban Məsimov gənclərlə səmimi söhbət zamanı qeyd edib ki, sənət yalnız peşə deyil, insanın daxili aləminin ifadə formasıdır. Onun sözlərinə görə, həqiqi sənətkar öz hisslərini, düşüncələrini və yaşantılarını cəmiyyətə ötürməyi bacarmalıdır. Maraqlı keçən görüşdə ustad gənclərin suallarına ətraflı cavablar verib və görüş uğurla yekunlaşıb.