23.03.2026
Cavan
Üzvlərlə ilk görüşün yaratdığı enerji hələ də hiss olunarkən, macəra qaldığı yerdən davam etdi. Növbəti dəfə gənclərlə ‘’Cavan’’ məkanda görüş keçirildi.

Bir-birindən kreativliyi ilə fərqlənən gənclər ideyalarını bölüşüb, səmimi söhbət etdilər. Baş tutan görüşdə isə sözün əsl mənasında ab-havanı dəyişdi və onların bitib-tükənməyən enerjisi daha da mehriban ortam yaratdı.

Enerjinin, emosiyanın və gəncliyin sintezi onlara birgə yaratmaq və ilham olmağı öyrətdi. Hər gəncin yaradıcı baxış bucağı yeni fikirlərə yol açdı və maraqlı təkliflərə yelkən açdı. Beləliklə, yaradıcılıq sənin tablondur və onu necə rəngləmək sənin məxsusdur.
