cavan logo

16.05.2026

Flora Hostel

“Cavan Music Community”nin İlk Layihəsi Baş Tutub

0
Oxundu:18
İştirakçı sayı:18

Mayın 16-da musiqisevər CAVANlar “Cavan Music Community”nin baş tutan ilk layihəsində bir araya gəliblər. Layihənin ilk qonağı musiqi sahəsində tanınmış simalarından olan Qara Dərviş oldu.

Flora Hosteldə keçirilən görüş zamanı Qara dərviş musiqi sənətində yaradıcılıq və onun əhəmiyyətindən geniş söz açdı.Gənclər musiqi dünyasının pərdəarxası məqamları ilə yaxından tanış olaraq, qonaqla səmimi söhbət ediblər.

Söhbət boyunca enerjili atmosfer və interaktiv mühit yarandı. Görüş gənclərin musiqiyə fərqli baxış formalaşdırmasına və yaradıcılıq sahəsində yeni düşüncələr əldə etməsinə şərait yaratdı. “Cavan Music Community”nin ilk layihəsi böyük maraqla qarşılanaraq unudulmaz anları ilə gənclərə canlı xatirələr bəxş etdi.