21.04.2024
Bridge Academy
“Cavan Quiz” layihəsi, gənclərin asudə vaxtlarını səmərəli və faydalı şəkildə keçirmələri məqsədilə təşkil edilib. Bu zəngin və maraqlı yarış, iştirakçılara həm intellektual təcrübə qazandırıb, həm də əyləncəli anlarla dolu bir gün yaşadıb.
Yarış çox dinamik və həyəcanlı keçib. Gənclər, həm biliklərini sınayıblar, həm də əyləncəli atmosferdə bir-biri ilə rəqabət aparıblar. Bir-birindən fərqli suallar və tapşırıqlarla zəngin olan bu oyun, iştirakçılara çoxsaylı yeni biliklər əldə etmə imkanı verib.
Nəticədə, yarışın qalibləri müəyyən edilib. 1-ci yerin qalibi “Sükut” komandası, 2-ci yerin qalibi “Hakuna-Matata” komandası, və 3-cü yerin qalibi “Allegro” komandası seçildi. Qaliblər, “Libraff” mağazasından xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Bu möhtəşəm tədbir, iştirakçılara yalnız intellektual təcrübə qazandırmaqla qalmayıb, həm də yeni dostluqların qurulmasına şərait yaradıb. Gənclərin enerjisi və marağı ilə dolu olan bu layihə, uzun müddət unudulmaz anlar arasında qalacaq.