cavan logo

09.05.2026

Çəmbərəkənd

CAVANlar Təbiət Qoynunda Yaradıcılıqlarını Kəşf Etdilər

0
Oxundu:12
İştirakçı sayı:17

“Cavan” təşkilatının keçirdiyi “Açıq Hava Etüdü” vörkşopu gənclərin marağına səbəb olub. Mayın 9-da Çəmbərəkənd parkında təşkil olunan bu vörkşop günəşli və açıq havada CAVANları yenidən bir araya gətirib. Vörkşopun əsas məqsədi gəncləri şəhərin səs-küyündən uzaqlaşdırmaq və təbiətin qoynunda öz yaradıcılıqlarını ifadə etmək imkanı qazandırmaq idi.

Etüddən əvvəl təlimçi Novruz bəy iştirakçılara Çəmbərəkəndi gəzərək rəngarəng mənzərələri müşahidə etməyi və kətanda etüdləri öz baxış bucaqlarına əsasən kəşf etməyi təklif etdi. Vörkşopu daha da maraqlı edən məqamlardan biri isə iştirakçıların bir-biri ilə şirin söhbət aparması, sənətə fərqli yanaşmaları oldu.

“Açıq Hava Etüdü” yalnız rəsm vörkşopu kimi deyil, eyni zamanda yeni insanlarla tanışlığın və yaradıcı düşüncələrin bölüşüldüyü bir atmosferə çevrildi. Sonda CAVANlar etüdlərini əllərində tutub, səmimi və isti gülüşlə xatirə fotosu çəkdilər.