09.05.2026
Cavan Məkan
CAVAN olaraq, “Counter-Strike 2” 1vs1 turniri təşkil etdik. Unudulmaz bir təcrübə yaşayan gənclər bütün gücünü ortaya qoyaraq qələbə üçün mübarizə apardılar. Adrenalin dolu anda və saniyələr içində verilən qərarlar iştirakçılara əsl kibersport atmosferi yaşatdı. Turnir boyunca oyunçular rəqibləri ilə təkbətək qarşılaşaraq gərgin duel və dəqiq strategiya ilə müxtəlif mərhələləri keçdilər. Sonda kibersport arenada ən uğurlu performans göstərən oyunçular qalib elan olunaraq mükafatlandırıldılar.“Counter-Strike 2” 1vs1 turniri oyunçuların rəqabət ruhu və enerjisi ilə yadda qalan yarışlardan biri oldu.
