24.09.2024
Baku
“Cavan” təşkilatının keçirdiyi “Da Vinçinin Şifrəsi” intellektual oyunu gənclərin marağına səbəb olub. Sentyabrın 14-də təşkil olunan bu tədbir fərqli bir formatda gəncləri yenidən bir araya gətirib. İkinci dəfə keçirilən oyunun əsas məqsədi, müxtəlif məkanlarla əlaqəli tapmacalardakı açar sözləri tapmaq və nəticə əldə edilən məkanda “selfie” formatında şəkil çəkmək olub.