17.03.2026
Studio
Dadların harmoniyası və peşəkarlığın incəliklərini bir araya gətirən “Barmenlik üzrə vörkşop” baş tutub. Vörkşop zamanı iştirakçılar barmenliyin yalnız içki hazırlamaqdan ibarət olmadığını, bunun bir sənət və ünsiyyət forması olduğunu yaxından kəşf etdilər. Peşəkar barmen mokteyllərin hazırlanma qaydası və dad balansını tutdurmaq haqqında ətraflı olaraq danışdı. Bu görüş barmenliyə həm yeni başlayanlar, həm də öz bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün inanılmaz praktiki təcrübə oldu. Gəncləri bir araya gətirən bu görüş iştirakçılara unudulmaz anlar yaşatdı və yeni biliklər qazandırdı.