cavan logo

26.02.2026

Nizami Kino Mərkəzi

“Dolu” filminin nümayişi keçirilib.

0
Oxundu:3
İştirakçı sayı:50

Nizami Kino Mərkəzində Azərbaycan Gənclər Fondunun dəstəyi və CAVAN Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında “Dolu” filminin nümayişi keçirilmişdir. Tədbir iştirakçıları filmi izləyərkən Azərbaycanın döyüş yolu və Qarabağ müharibəsi zamanı baş vermiş gerçək hadisələr barədə daha geniş məlumat əldə etmiş, film əsnasında qəhrəmanlıq və vətənpərvərlik kimi yüksək mənəvi dəyərləri dərin şəkildə hiss etmişdilər. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş və ‘’Azərbaycanfilm’’ kinostudiyasında istehsal olunmuşdur. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov və Vüsal Murtuzəliyev canlandırıblar. Filmdə yaradılan vizual effekt, ssenari quruluşu və aktyorların tamaşaçının qəlbinə toxunmaq bacarığı gənclərin xüsusi marağına səbəb olmuşdur. Tədbir, həmçinin gənclərin milli kinoya olan marağını artırmaq, Qarabağ mövzusunda məlumatlılığını genişləndirmək və vətənpərvərlik ruhunu gücləndirmək məqsədini daşıyırdı. Film gənclərin yaddaşında uzun müddət qalacaq dərin iz buraxmış, onlar üçün həm öyrədici, həm də ilhamverici bir təcrübə təmin etmişdir.