cavan logo

21.03.2026

Olimp

Şəhərin nəbzi: Qraffiti ilə dolu unudulmaz gün

2
Oxundu:17
İştirakçı sayı:15

Peşəkar qraffiti sənətçisi ‘’Tovariç’’ ləqəbi ilə tanınan Səid Rzayev iştirakçılara kompozisiya quruluşu, rəng seçimi, xətt texnikası və fərdi üslubun formalaşdırılması istiqamətində vacib məlumatları gənclərlə müzakirə etdi. Eyni zamanda, gənclər sprey boyalarla keçirilən praktiki mərhələdə əldə etdikləri bilikləri tətbiq edərək ilk işlərini yaratdılar.

Bu kimi təşəbbüslər gənclərin yaradıcıllığına töhfə verməklə yanaşı, şəhər mədəniyyətinə də yeni nəfəs gətirir. Master-klass zamanı ərsəyə gələn sənət əsərləri şəhərin divarlarında əbədiləşdirdiyi yaradıcı bir təcrübə kimi yadda qaldı.