22.04.2026
Emalatxana
Cavanlar arasında ekoloji şüurun artırılması məqsədilə növbəti yaradıcı vörkşopumuz ‘’Eko Çanta Boyama’’ oldu. Vörkşop zamanı gənclər eko çantaları öz yaradıcıllıqlarına əsasən dizayn etdilər. Bir-birindən maraqlı və seçici ekoçantalar göz oxşayırdı. Vörkşopda iştirak edənlər yeni dostlar qazanmaqla yanaşı, həm də yaradıcı potensiallarını daha da inkişaf etdiriblər. Beləliklə, gənclərlə birlikdə unudulmaz anlar və yaradıcılıqla dolu bir gün keçirdik.
