Media

16 Nov

Cavan Akademiya-2” layihəsinin dördüncü həftəsinin qonağı Belə Belə İşlər komandası olub


16 noyabr 2019-cu il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə “Cavan Akademiya-2” layihəsinin növbəti görüşü baş tutub. Layihənin dördüncü həftəsinin qonağı Belə Belə İşlər komandası olub. 

 

Görüşün əsas mövzusu “Stereotiplərin Qırılması” olub. Bununla yanaşı iştirakçıların hər bir sualı qonaqlar tərəfindən cavablandırılıb.

 

Cavan layihəyə çoxsaylı müraciəti nəzərə alaraq, seçilən gənclərlə yanaşı hər həftə baş tutacaq görüşlərə sərbəst dinləyicilərin qoşula bilməsi üçün imkan yaradır.

 

Qeyd edək ki, layihə 8 həftə davam edəcək. Növbəti görüşlərə sərbəst dinləyici qismində qoşulmaq üçün bizi izləyib, yeni elanlar zamanı göstərilən linkdən qeydiyyatdan keçməyiniz kifayətdir.

 

Layihənin dördüncü görüşündən olan şəkilləri sizə təqdim edirik. Şəkillərdə gördüyünüz dostlarınızı işarələyərək görüntüləri onlarla da bölüşə bilərsiniz.