Media

05 Dec

CAVAN Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumunda iştirak edib


5 dekabr 2019-cu il tarixində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3000-ə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib.

 

Bakı Konqres Mərkəzində baş tutan forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi təşkil olunub.

 

Sərgidə Cavan Gənclər Hərəkatı İctimai Birliyi də öz stendi ilə təmsil olunaraq baş tutan tədbirdə iştirak edib.

 

Qeyd edək ki, sərgi zamanı stendə yaxınlaşan iştirakçılar layihələr haqqında məlumatlandırılıb və hədiyyəli oyunlarda iştirak ediblər.