Media

12 Oct

“Manage Your Project-4” layihəsinin III təlim günü baş tutub


12 oktyabr 2019-cu il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin həyata keçirtdiyi “Manage Your Project-4” layihəsinin III təlim günü baş tutub. Üçüncü həftədə iştirakçılar komandalara bölünərək müxtəlif layihələr üzərində işləyib və keçirilən mövzular üzrə müxtəlif nümunələrlə tanış olublar.

 

Təlimlər müddətində seçilən iştirakçılara layihə mövzusunun seçilməsi, layihənin yazılması, büdcənin hazırlanması, layihələrin idarə edilməsi və layihənin təqdimatının hazırlanması haqqında daha geniş məlumat veriləcək.

 

Qeyd edək ki, layihə növbəti 3 həftə ərzində də intensiv formada Gənclərin İnkişaf və Karyera Mərkəzində həyata keçiriləcək.