News

22 Sep

VII Rusiya - Azərbaycan gənclər Forumunda iştirak edib


22 Sentyabr “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin Layihələr departamentinin rəhbəri Akif Şirinov Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və idman nazirliyinin dəstəyi ilə keçirilən VII Rusiya - Azərbaycan gənclər Forumunda iştirak edib.

 

Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 25 Sentyabr tarixinədək davam edən forumun rəsmi açılış mərasimi Parlament mərkəzində baş tutub.

 

Qeyd edək ki, Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda "Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-rəsmi təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə sessiyalar təşkil edilib. Bölmələrdə iştirak edən iştirakçılar Rusiya-Azərbaycan gənclər əməkdaşlığının inkişafı üçün birgə təkliflər hazırlayıblar

 

Forumun yekunununda iştirakçılar II Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Müharibə uşuaqları”, eyni zamanda, böyük Azərbaycan şairi Nizami Gəncəvi və Ulu öndər Heydər Əliyevin abidələri önünə güllər qoyublar.