“Cavan” könüllülərlə görüş keçirdi
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə gənclərin fərdi inkişafına
təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin
potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli
istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər
ili” elan edilməsi ilə əlaqədar olaraq “Cavan” Gənclər Hərəkatı İctimai
Birliyinin təşkilatçılığı ilə 15 yanvar 2020-ci il tarixində Binəqədi Gənclər
Evində təşkilatın aktiv könüllüləri ilə görüş keçirilib.
Primetime.az xəbər verir ki, görüşdə
təşkilat tərəfindən cari ildə keçiriləcək layihələrlə bağlı geniş təqdimat
edilib. Könüllülərin təşkilatın həyata keçirəcəyi layihələrdə daha aktiv
iştirakının təmin olunması istiqamətində müzakirələr aparılıb, təkliflər
dinlənilib. “Cavan” könüllüləri cənab Prezidentin sözügedən sərəncamı ilə
onlara yaradılan imkanları layiqincə dəyərləndirməyə çalışacaqlarını qeyd
ediblər.
Qeyd edək
ki, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən “Könüllülər ili” ilə
bağlı silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Baş tutacaq
layihələrdə könüllülərin şəxsi inkişafına, gənclərin könüllü işinə təşviqinə,
onlara vətənpərvərlik ideyalarının aşılanmasına, asudə vaxtlarının səmərəli
təşkilinə önəm veriləcək.
Source: https://bit.ly/2S0TKJq