Projects

"BiznesMən“ layihəsinin növbəti qonağı Gülşən Cumayeva olacaq

27 April 2019


27 aprel tarixində saat 10:30-da “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan "BiznesMən“ layihəsinin sonuncu təliminin qonağı  "Bank of Baku”nun  Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Gülşən Cumayeva olacaq.

 

Gənclərdən gələn təklifləri nəzərə alaraq sizə təlimlərdə sərbəst dinləyici olmaq şansı yaradırıq. Belə ki, aşağıda göstərilən linkdən qeydiyyatdan keçərək, sərbəst dinləyici kimi təlimdə iştirak edə bilərsiniz.


Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək.

Qeydiyyat üçün link: https://forms.gle/gw3cxrkXrUuTwLS38