Our Activities

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi, Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir həyata keçirəcək.

12 August 2018

Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 12 avqust saat 19:00-23:00 aralığında, Fəvvarələr Meydanında Beynəlxalq Gənclər Gününə həsr olunmuş konsert proqramı təşkil olunacaq.

Qeyd edək ki, Beynəlxalq Gənclər Gününün qeyd olunması 8-12 avqust 1998-ci il tarixlərində Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilmişdir.

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi olaraq, hər birinizi təşkil etdiyimiz konsert proqramında iştirak etməyə dəvət edirik.

Giriş sərbəstdir.

Diqqətiniz üçün təşəkkürlər!